"Roma"dan Di Françeskoya son şans

İtaliya A Seriyasının son turunda "Latsio" ilə derbi matçında uduzan "Roma"nın baş məşqçisi Eusebio Di Françeskonun gələcəyi təhlükə altındadır.

Newsport.az xəbər verir ki, "canavarlar" Çempionlar Liqasının 1/8 final mərhələsində "Portu" ilə cavab görüşündə mübarizəni dayandırsa, baş məşqçi dəyişikliyinə gedəcək. İlk oyunda Portuqaliya təmsilçisini evdə məğlub edən (2:1) "Roma"nın baş məşqçisi Eusebio Di Françeskonun taleyi bu oyundan asılıdır. Xəbərdə Di Françeskonun əvəzinə "Fiorentina"nın çalışdırıcısı Paulu Sousa namizəd göstərilib.

Qeyd edək ki, 49 yaşlı mütəxəssis 2017-ci ildən "Roma"nı çalışdırır.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right