Futbolda yeni qaydalar Siyahı

Futbol Assosiasiyaları Beynəlxalq Şurasının (IFAB) Şotlandiyanın Aberdin şəhərindəki iclasında bir sıra qayda dəyişiklikləri təsdiqlənib.

 

Newsport.az qaydalardakı dəyişiklikləri təqdim edir.

 

- Qəsdən və ya bilməyərəkdən bir futbolçunun əllə qol vurması halında qol qeydə alınmayacaq. Eyni durumlarda futbolçu qol vurmaq şansı əldə edərsə, oyun davam etdirilməyəcək.

 

- Əvəzlənən futbolçunun artıq texniki zonaya qədər gəlməsinə ehtiyac olmayacaq. O, özünə ən yaxın yerdən meydanı tərk etməlidi. Bu, vaxta qənaətə hesablanıb.

 

- Feyr-pley qaydalarına uyğun olmayan hərəkətlərə görə meydandan kənardakı texniki heyətə sarı və qırmızı vərəqə gösərilməsi mümkün olacaq.

 

- Cərimə zərbələri zamanı hücum edən komandanın futbolçuları canlı səddə azı 1 metr aralı qalmalıdı.

 

- Topun hakimə dəyməsinin də aralarında olduğu bir neçə halda mübahisəli top elan ediləcək.

 

Yeni qaydalar növbəti mövsümdən etibarən qüvvədə olacaq.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right