Gürcüstan millisi sabiq "Keşlə"liyə həvalə edildi

Gürcüstan Futbol Federasiyası aşağı yaş qruplarından ibarət milli komandalarda baş məşqçi dəyişiklikləri edib.

Newsport.az-ın məlumatına görə, üç millidə baş məşqçi dəyişikliyi reallaşıb. Federasiya U-16 yığmasını Zurab Xizanişviliyə, U-18 seçməsini Giorgi Mikadzeyə, U-19 millisini isə Ramaz Svanadzeyə həvalə edib.

U-17, U-20 və U-21 millilərində isə baş məşqçi dəyişikliyi olmayıb.

Qeyd edək ki, Ramaz Svanadze "Keşlə"də Zaur Svanadzenin köməkçisi olub. Zurab Xizanişvili isə 2015-17-ci illərdə paytaxt klubunda oynayıb və karyerasını məhz "Keşlə"də başa vurub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right