Rəşad Sadıqovun köməkçisi Bolqarıstan klubunda

U-21 millimizin sabiq məşqçisi Vladislav Yanuşun yeni iş yeri müəyyənləşib.

Newsport.az-ın məlumatına görə, Yanuş Bolqarıstanın II Liqa təmsilçisi "Arda" klubunda məşqçi çalışacaq. 38 yaşlı mütəxəssis baş məşqçi Stoyço Stoyevə yardım olacaq.

Aşağı liqada 3-cü pillədə qərarlaşan "Arda" klubu qarşısına elitaya yüksəlmək hədəfi qoyub.

Qeyd edək ki, bolqar mütəxəssis U-21 millisində baş məşqçi olmuş Rəşad Sadıqovun köməkçisi idi. O, yığmadan ötən ilin dekabrında ayrılıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right