Təbrizli azarkeşlər erməni bayrağını yandırdı

Ermənistanın baş naziri Nikol Paşinyanın İrana səfəri çərçivəsində bir hərəkəti dünya azərbaycanlılarında kəskin qəzəb doğurub.

Newsport.az-ın məlumatına görə, onun Tehranın mərkəzində yerləşən "Ararat" klubunda İrandakı erməni icması ilə görüşərkən salonda asılan "Qarabağ Ermənistanındır və son" şüarı hər kəsi yerindən oynadıb. 

Təbrizlilər Paşinyanın və ermənilərin cavabını gecikdirməyib. İran çempionatının XX turunun ötən gün keçirilən "Traktor Sazi" - "Sepahan" oyunu xalq etirazlarına səhnə olub.  Oyunun gedişində bir neçə dəfə "Qarabağ bizimdir, bizim olacaq" şüarını səsləndirən onminlərlə soydaşımız Azərbaycanın dövlət bayrağını qaldırmaqla yanaşı, Ermənistan bayrağını yandırmağa da imkan tapıblar. 

Qeyd edək ki, qarşılaşma "Traktor Sazi"nin 2:0 hesablı qələbəsi ilə başa çatıb.  

 

 
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right