Son 23 ilin ən zəif "Real"ı

"Real” son 23 ildə ilk dəfə mövsüm ərzində 5 böyükhesablı  məğlubiyyətlə üzləşib. 

Newsport.az-ın məlumatına görə,  ölkə kubokunun yarımfinal mərhələsinin cavab görüşündə "Barselona"ya 0:3 hesabı ilə uduzan Madrid klubu antirekord müəyyənləşdirib.

“Real” Çempionlar Liqasının qrup mərhələsində Rusiya MOİK-inə, La Liqada isə "Eybar" və "Sevilya"ya da eyni  hesabla məğlub olub. "Barselona" ilə La Liqa oyununda isə 1:5 hesabı ilə yenilib.

“Kral klubu”nun sonuncu dəfə bu cür seriyası 1995-1996 mövsümündə yaşanıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right