Şenol Günəş rəsmən Türkiyə yığmasında

Mirça Luçeskunun istefasından sonra boş qalan Türkiyə milli komandasının baş məşqçisi postuna Şenol Günəş gətirilib. Newsport az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.

Təcrübəli çalışdırıcı ilə 4 illik müqavilə imzalanıb. Sözləşmə 1 aprel tarixindən qüvvəyə minəcək. Müqavilənin müddəri 2020-ci il Avropa çempionatını və 2022-ci ildə keçiriləcək dünya çempionatını əhatə edəcək.

Şenol Günəş “Beşiktaş”dakı işini isə mövsümün sonunda bitirəcək. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right