Xorvatiya rekordçunu millimizlə oyun üçün qaytara bilər

AÇ-2020-nin seçmə mərhələsində millimiz ilk oyununu səfərdə Xorvatiyaya qarşı keçirəcək.

Newsport.az saytı xəbər verir ki, "damalılar" müdafiə xəttində problemlərlə üzləşib. Deyan Lovren, Şime Vrsalko, Matey Mitroviç və Yosip Pivariç yığmamızla oyunu buraxacaqlar. Arxa xəttdə alternativi demək olar ki, qalmayan yığmanın çalışdırıcısı Zlatko Daliç İtaliyanın "Kalyari" klubunda çıxış edən Dario Srnanı millidə görmək istəyir. 36 yaşlı futbolçu milli karyerasını 2016-cı ildə başa vursa da, yığmanın digər üzvü Luka Modriç Srnanı razı salmağa çalışacaq. Daliç Srnanı Azərbaycan və Macarıstanla oyunlarda meydana buraxmaq istəyir.

Qeyd edək ki, Srna 136 oyunla Xorvatiya millisində ən çox matç keçirən futbolçudur.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right