"Çelsi"də qalmaqal: Sarri əvəzləmək istədi, qapıçı meydanı tərk etmədi

İngiltərə Liqa Kubokunun "Çelsi" ilə "Mançester Siti" arasında keçirilən final matçında qalmaqal yaşanıb.

Newsport.az-ın məlumatına görə, əsas vaxtı 0:0 hesabı ilə başa çatan qarşılaşmaya əlavə edilmiş ikinci hissənin sonunda London klubunun baş məşqçisi Maurisio Sarri qapıçı Kepa Arrissabalaqanı əvəzləmək istəyib. O, penaltilər seriyasında "çərçivəni" ehtiyat qolkiper Villi Kabalyeroya həvalə etmək qərarına gəlib. Ancaq Kepa bu qərarla razılaşmayıb. İspan qapıçı əvəzlənməyinə etiraz edib və meydandan çıxmayıb.

Penaltilər seriyasında "Mançester Siti" 4:3 hesabı ilə qalib gələrək, kuboku əldə edib.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right