"Ayaz Quliyev Azərbaycan millisində çıxış edə bilər, amma..."

Rusiyanın "Eurofutbol.ru" saytı Premyer Liqa klublarının qış fasiləsində həyata keçirdikləri ən bahalı transferlə bağlı yazı hazırlayıb.

Newsport.az-ın məlumatına görə, yazıda Moskva "Spartak"ının ötən yay "Rostov"a satdığı azərbaycanlı futbolçu Ayaz Quliyevi yenidən geri qaytarmasına da yer verilib. Həmçinin 22 yaşlı yarımmüdafiəçinin Azərbaycan millisində çıxış etmək perspektivinə də toxunulub:

"Quliyev Azərbaycan yığma komandasında çıxış edə bilər. Məlumdur ki, Ramil Şeydayevdən sonra ona da vətəndaşlığını dəyişmək təklif olunub. Amma Şeydayevdən fərqli olaraq, yarımmüdafiəçi Rusiya millisində oynamaq istəyir. Ayazın "Spartak"dakı çıxışı onun yığmaya çağırılmasına kömək etməlidir".

Qeyd edək ki, "Spartak"ın yetirməsi olan Quliyev 2018-ci ilin yayında 500 min avro qarşılığında "Rostov"a transfer olunmuşdu. Moskva təmsilçisi daha sonra 1 milyon avro ödəyərək, gənc yarımmüdafiəçini geri qaytarmışdı.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right