"Qarabağ"ın rəqibi Ukrayna Premyer Liqasından kənarlaşdırıla bilər

Avropa Liqasının cari mövsümündə “Qarabağ”la eyni qrupda yer alan “Vorskla” Ukrayna Premyer Liqasından kənarlaşdırıla bilər.

Newsport.az-ın məlumatına görə, bu barədə 2+2 telekanalında yayımlanan “Profutbol” proqramının aparıcısı İqor Tsıqanik “Tsıqanik Live”nin efirində bildirib.

Onun sözlərinə görə, buna səbəb Poltava təmsilçisinin futbolçularına olan borclarıdı.

“Vorskla” oyunçularına 6 aydır maaş verə bilmədiyi üçün kluba 2019/2020 mövsümündə Ukrayna Premyer Liqasında iştirakdan ötürü lisenziyanın verilməməsi ehtimalı var.

Poltavalılar cari mövsümün startı ərəfəsində də oxşar problemlə üzləşib.

Ancaq həmin vaxt Ukrayna Premyer Liqasında 3-cü yeri tutan və Avropa Liqasına vəsiqə qazanan komandanın futbolçuları kluba qarşı heç bir maliyyə tələblərinin olmadığını təsdiqləyən sənədə qol çəkiblər.

Hazırda isə onların eyni şeyi etməyə hazırlaşmadıqları bildirilir.

"Vorskla" "Qarabağ"a Bakıda 1:0 hesabı ilə qalib gəlsə də, Poltavada eyni hesabla uduzub. Hər iki komanda E qrupunu 3 xalla 3-4-cü pillələrdə başa vurub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right