Kumanın yeni iş yeri məlum oldu

Son olaraq “Fənərbaxça”nı çalışdıran Ervin Kumanın yeni iş yeri bəlli olub.

Newsport.az xarici mətbuata istinadən xəbər verir ki, holland mütəxəssis Oman milli komandasının “sükanı arxasına” gətiriləcək.

Oman Futbol Federasiyası da Kumanla görüşdüklərini, yaxın günlərdə razılıq əldə olunacağı təqdirdə, yığmanı Kumanın çalışdıracağını açıqlayıb.

57 yaşlı mütəxəssis “Fənərbaxça”nın “sükanı arxasında” 9 oyuna çıxıb. O, bu oyunlarda üç dəfə qələbə qazanıb, üç dəfə də məğlub olub.

Kuman ötən ilin dekabrından işsizdir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right