PSJ-də ayrılıq

PSJ yarımmüdafiəçisi Lassana Diarra ilə yolları ayırıb.

Newsport.az-ın məlumatına görə, 33 yaşlı yarımmüdafiəçinin müqaviləsinə qarşılıqlı razılaşma ilə xitam verilib. Dizindəki zədə səbəbində Paris klubunda möhkəmlənə bilməyən futbolçunun karyerasını başa vuracağı barədə iddialar var.

Qeyd edək ki, Diarra 2018-ci ildə BƏƏ təmsilçisi "Əl-Cəzirə"dən PSJ-yə keçmişdi. Fransa millisinin sabiq üzvü "Çelsi", "Arsenal", "Portsmut", "Real", "Anji", "Lokomotiv", "Marsel" kimi klubların formasını geyinib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right