"Atletiko" "Yuventus"u, "Mançester Siti" "Şalke"ni məğlub etdi Yenilənib

Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunlarına yekun vurulub.

Newsport.az-ın məlumatına görə, son gündə 2 matç baş tutub.

"Atletiko" evdə "Yuventus"u qəbul edib və 2:0 hesablı qələbə qazanıb. "Mançester Siti" isə səfərdə "Şalke"ni 3:2 hesabı ilə məğlub edib.

Çempionlar Liqası, 1/8 final mərhələsinin ilk oyunları

20 fevral

00:00. "Şalke" (Almaniya) - "Mançester Siti" (İngiltərə) - 2:3 
Qollar:
 Serxio Aquero, 18 (0:1), Nabil Bentaleb, 38-pen. (1:1), 45-pen. (2:1), Leroy Sane, 85 (2:2), Rahim Sterlinq, 90 (2:3)
Qırmızı vərəqə: Nikolas Otamendi, 68 ("Mançester Siti", ikinci sarı vərəqə)

00:00. "Atletiko" (Madrid, İspaniya) - "Yuventus" (İtaliya) - 2:0
Qollar:
 Xose Ximenes, 78, Dieqo Qodin, 83





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right