Mourinyo Fransada işləməyə hazırdır

"Mançester Yunayted"dən ayrılan Joze Mourinyo Fransda çalışa biləcəyini açıqlayıb.

Newsport.az xəbər verir ki, portuqaliyalı mütəxəssis Liqa 1-də klub çalışdırmağa müsbət yanaşdığını deyib: "Fransa I Liqasında klub çalışdırmağı xəyal edə bilirəm. Onsuz da dörd fərqli ölkədə çalışmışam. Fərqli mədəniyyətləri tanımağı və öyrənməyi sevirəm. Yeni çempionatda işləmək mənim üçün möhtəşəm seçim olar. Hazırda sakitəm. Ailəm və dostlarımla vaxtımı keçirirəm. Futbola geri dönəcəyimə ümid edirəm".

Qeyd edək ki, 56 yaşlı mütəxəssis "Portu", "Çelsi", "İnter" "Real" və "Mançester Yunayted" kimi klubların baş məşqçisi olub.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right