Bakıda mühüm qərar veriləcək - ÇL-in finalı harada olacaq?

Rusiya Futbol İttifaqı 2020/2021 mövsümündə Çempionlar Liqasının final oyununun Sankt-Peterburq şəhərində ("Qazprom Arena") keçirilməsi üçün UEFA-ya müraciət edib.

Newsport.az-ın məlumtına görə, bu barədə qurumun baş direktoru və baş katibi Aleksandr Alayev məlumat verib.

O bildirib ki, artıq bunun üçün lazım olan bütün sənədlər UEFA-ya təqdim olunub. Sankt-Peterburqla yanaşı, Almaniyanın Münhen şəhəri də ("Aylanz Arena") ÇL-in finalını qəbul etməyə namizəddi.

Final matçının keçiriləcəyi şəhərlə bağlı yekun qərar UEFA İcraiyyə Komitəsinin mayın 29-da Bakıdakı iclasında qəbul olunacaq.

Bu il Çempionlar Liqasının finalı Madriddə, növbəti mövsüm isə İstanbulda olacaq. Avropa Liqasında isə bu mövsümün həlledici oyunu mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right