"Beşiktaş"dan Çin klubuna keçəcək?

Türkiyədə transfer pəncərəsi bağlansa da, Rikardo Kuarejma və Qari Medelin "Beşiktaş"ı tərk etmək ehtimalı davam edir.

Newsport.az-ın məlumatına görə, Medel üçün real təklif var. İddiaya görə, Çinin "Beyçzin Quan" klubu çilili yarımmüdafiəçinin xidmətində maraqlıdı. Uzaq Şərq ölkəsi təmsilçisi "Beşiktaş"ın istədiyi 10 milyon avronu ödəməyə hazırdı.

Medelin İstanbul klubu ilə 2020-ci ilə qədər müqaviləsi var. Onun "Vest Hem"ə keçidi gündəmdə olsa da, İngiltərə klubunun tələb olunan məbləği ödəməməsi səbəbindən transfer baş tutmamışdı.

 
 
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right