"Dinamo"nun baş məşqçisi: "Azərbaycanla Ermənistanın qarşılaşmaması yaxşı amil deyil"

Ukraynanın "Dinamo" (Kiyev) klubunun belaruslu baş məşqçisi Aleksandr Xatskeviç ölkəsinin mətbuatına geniş müsahibə verib.

Newsport.az-ın məlumatına görə, 45 yaşlı mütəxəssis müharibə şəraitinə görə, milli komandaların və avrokuboklarda klubların üz-üzə gəlməməsini mənfi hal kimi dəyərləndirib:

"Çox sayda ölkələr müharibə aparırlar. Suriya, Ukrayna və digər yerlər müharibə ocağıdır. Dinlərin mübarizəsi gedir. Bunlar futbola da təsir edir. Müharibə aparan ölkələr bir-birlərinə qarşı oynaya bilməzlər. Hətta avrokuboklarda klubları da qarşılaşmırlar. Məsələn, Azərbaycanla Ermənistan, Ukrayna və Rusiya qarşılaşa bilməz. Bu, idman üçün yaxşı amil deyil".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right