Millinin sabiq üzvü fırıldaqçılığa görə həbs olundu

Çexiya millisinin sabiq oyunçusu Tomaş Rjepka həbs olunub.  

Newsport.az-ın məlumatına görə, “Sparta”, “Fiorentina”, və “Vest Hem” kimi klublarda oynamış müdafiəçi fırıldaqçılığa görə 15 aylığa azadlıqdan məhrum edilib.

2016-cı ilin dekabrında bahalı avtomobili icarəyə götürən Rjepka bir müddətdən sonra onu satıb. O, avtomobilin yeni sahibinin adına keçməsindən sonra borcu ödəyəcəyinə söz verib.  Lakin sabiq futbolçunun ödəniş etməməsi həbsinə rəvac verib. 

Bu, Tomaşın hüquq-mühafizə orqanları ilə ilk problemi deyil. Bir neçə il əvvəl keçmiş həyat yoldaşının seks xidmətinin reklamı da ona baha başa gəlib. 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right