Millinin sabiq müdafiəçisi həbs olundu

Çexiya millisinin sabiq futbolçusu Tomaş Rjepka həbs olunub. Newsport.az xəbər verir ki, “Vest Hem”, “Fiorentina” və “Sparta”da oynamış müdafiəçi fırıldaqçılığa görə 15 ay azadlıqdan məhrum edilib.

2016-cı ilin dekabrında bahalı avtomobili icarəyə götürən Rjepka sonradan onu satıb. O, avtomobilin yeni sahibinin adına keçməsindən sonra borcu ödəyəcəyinə söz verib. Lakin sabiq futbolçunun hələ də zəruri ödənişi etməməsi həbsi ilə nəticələnib.

Bu, Tomaşın ilk həbsi deyil. Bir neçə il əvvəl keçmiş həyat yoldaşının seks xidmətinin reklamı da ona baha başa gəlmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right