"Nant" "Kardiff Siti"dən Salaya görə təzminat tələb etdi

Fransanın "Nant" klubu "Kardiff Siti"yə satdığı Emilliano Salanın təzminatını tələb edib.

Newsport.az-ın məlumatına görə, Liqa 1 təmsilçisi 15 milyon funt-sterlinqin 10 gün ərzində ödənilməyəcəyi halda, qanuni addımlar atacaq. Klub rəhbərliyi Premyer Liqa təmsilçisini təzminat almaq üçün FIFA-ya şikayət edəcək. "Nant" klubunun bu addımı "Kardiff Siti"ni təəccübləndirib.

Uels klubu isə Fransada Böyük Britaniyaya qayıdan zaman təyyarə qəzasına uğrayan və itkin düşən futbolçu ilə bağlı bütün məsələlər dəqiqləşməyənə kimi ödəmə etmək fikrində deyil. Belə ki, futbolçunu aparan təyyarənin qalıqları La-Manş boğazının dərinliklərində tapılıb. Lakin futbolçu və pilotun cəsədləri barədə məlumat yoxdur.

28 yaşlı hücumçu "Kardiff Siti"yə 15 milyon funt-sterlinqə transfer edilmişdi. O, müqavilə imzaladıqdan sonra yarımçıq qalan işlərini həll etmək üçün Nant şəhərinə qayıtmışdı. Bundan əlavə, o, "Nant"dakı komanda yoldaşları ilə sağollaşmışdı. Lakin yanvarın 21-i 59 yaşlı pilot David İbbotson idarə etdiyi ABŞ istehsalı olan "Piper-P46 Malibu" markalı təyyarə La-Manş boğazında radardan itmişdi.

Qeyd edək ki, Emiliano Sala "Nant"da 117 oyuna 42 qol vurmuşdu. O, "Kardiff Siti"nin ən bahalı transferi kimi klub tarixinə düşmüşdü.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right