Messidən daha bir rekord

"Barselona"nın kapitanı Lionel Messi İspaniyanın çempionatları tarixində rekord göstəriciyə imza atıb. Newsport.az xəbər verir ki, o, bu ölkənin futbol tarixinə 11 mövsümdə ardıcıl olaraq azı 20 qol vuran yeganə oyunçu kimi düşüb.
 
Messi cari çempionatda artıq 21-ci qolunu vurub. Katalon klubu 22-ci turda, "Valensiya"ya qarşı matçda arqentinalı hücumçunun dublu sayəsində məğlubiyyətdən yayınaraq, qarşılaşmanı 2:2 hesabı ilə başa vurub.
 
Hazırda "Barselona" 50 xalla turnir cədvəlinə başçılıq edir. Siyahıda ikinci yerdə Madridin "Atletiko" klubu qərarlaşıb. Bu komanda 21-ci oyundan sonra 44 xal toplayıb. 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right