Amit Quluzadəni bəyəndilər, ancaq transferi bu səbəbdən baş tutmadı

Ötən yay Kosovonun "Drita" komandasından ayrılan Amit Quluzadənin klubsuz günləri davam edir.

Newsport.az-ın məlumatına görə, millimizin sabiq yarımmüdafiəçisi Bosniya və Herseqovinanın "Çelik" klubun düşərgəsində olub. 26 yaşlı futbolçunu məşqçilər korpusu bəyənib, lakin onun transferi baş tutmayıb. Heyətində beş legioneri olan Zenitsa təmsilçisinin rəhbərliyi Quluzadəyə nigeriyalı yarımmüdafiəçi Paskal Okoliylə yolların ayrılacağı halda müqavilə bağlanacağını bildirib. Lakin "Bursaspor"dan icarəyə götürülən 21 yaşlı futbolçunu vaxtından əvvəl göndərmək mümkün olmayıb. Bu səbəbdən də Amitin transferi baş tutmayıb. Quluzadə hazırda klub axtarışlarını davam edir.

Qeyd edək ki, Amit ölkəmizdə “Neftçi”, "Rəvan", “Qəbələ”, "Səbail" və “Sumqayıt”da çıxış edib. O, Türkiyənin "Ərciyyəspor", Yunanıstanın AEL, Portuqaliyanın "Atletiko" və Kosovonun "Drita" klublarının da şərəfini qoruyub.

Sportal.az





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right