Millimizin sabiq qapıçısı aşağı liqada

Milli komandamızın sabiq üzvü Andrey Popoviç özünə yeni komanda tapıb.

Newsport.az-ın məlumatına görə, ukraynalı qapıçı bir müddətdir baxışda olduğu "Minay" klubuna keçib. 27 yaşlı qolkiper artıq 2-ci liqa təmsilçisi ilə müqavilə bağlayıb. Popoviç yeni komandasının Slovakiya toplanışına qoşulub. Məlumatı klubun rəsmi saytı yayıb.

Qeyd edək ki, ölkəmizdə "Bakı", "Sumqayıt" və "Qəbələ" klublarının formasını geyinən Popoviç A millimizlə yanaşı, U-17, U-19 və U-21 yığmalarında da çıxış edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right