Fellaini də "Çin karvanı"na qoşuldu

"Mançester Yunayted"in yarımmüdafiəçisi Maruan Fellaini karyerasını Çində davam etdirəcək.

 

Newsport.az "daily mirror"a istinadən xəbər verir ki, Belçika millisinin üzvü "Şandonq Lunenq" klubuna keçib. Super Liqa təmsilçisi bu keçid üçün 11,5 milyon avro xərcləyib. Fellaini müqavilə bağlamaq üçün Çinə yollanıb.

 

Qeyd edək ki, 31 yaşlı futbolçu 2013-cü ildə "Everton"dan "Mançester Yunayted"ə keçmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right