"Fənərbağça" "Qalatasaray"dan ayrılan futbolçu ilə anlaşdı

"Qalatasaray" müdafiəçisi Sərdar Azizlə yolları rəsmən ayırıb.

Newsport.az klubun saytına istinadən xəbər verir ki, müqaviləyə qarşılıqlı xitam verildiyi üçün futbolçu İstanbul klubuna 2,3 milyon avro təzminat ödəyəcək.

28 yaşlı müdafiəçi karyerasını İstanbulun digər təmsilçisi "Fənərbağça"da davam etdirəcək. "A Spor"un məlumatına görə, "sarı-lacıvərdlilər" Türkiyə millisinin üzvüylə anlaşıb. Transferin tezliklə rəsmi şəkildə açıqlanacağı gözlənilir.

Qeyd edək ki, Sərdar Aziz 2016-cı ildə "Bursaspor"dan "Qalatasaray"a 4,5 milyon avroya keçmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right