Seneqallı hücumçu "Qalatasaray"da!

Transfer çalışmalarının son günlərində "Qalatasaray" hücum xəttindəki boşluğu doldurub. Newsport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, "cim-bom" "Kasımpaşa"nın forvardı Mbaye Dianı heyətinə qatıb.

İlk mərhələdə "Qalatasaray" 9 milyon avro təklif edirdisə, "Kasımpaşa"nın istəyi 14 milyon avro idi. Lakin tərəflər sonda 12,8 milyonda ortaq məxrəcə gəliblər. Anlaşmaya əsasən, "sarı-qırmızılılar" bu mövsüm çempion olsa, qarşı tərəfə daha 500 min avro ödəyəcək.

Qeyd edək ki, Seneqal yığmasının hücumçusu bu mövsüm Superliqada vurduğu 20 qolla bombardirlər yarışına başçılıq edir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right