Xorvatiyada millimizlə oyundan öncə daha bir itki

AVRO-2020-nin seçmə mərhələsində ilk oyununu evdə Azərbaycan yığmasına qarşı keçirəcək Xorvatiya millisi itkiylə üzləşib.

Newsport.az-ın məlumatına görə, komandanın sağ cinah müdafiəçisi Şime Vrsalko sıradan şıxıb.

Dizindəki zədəyə görə əməliyyat olunacaq futbolçu təxminən 6-8 ay yaşıl meydanlardan kənar qalacaq. Bu isə "İnter"in oyunçusunun martın 21-də keçiriləcək qarşılaşmanı buraxacağı deməkdi.

Xorvatiya millisinin daha bir müdafiəçisi - "Liverpul"lu Deyan Lovren isə cəza səbəbindən millimizə qarşı oynamayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right