"Neftçi"nin qovduğu futbolçu Şotlandiya Premyer Liqasında

“Neftçi”nin sabiq futbolçusu Mateo Mujek karyerasını Şotlandiyada davam etdirəcək.

Newsport.az-ın məlumatına görə, Qazaxıstanın “Şaxtyor” (Karaqanda) klubundan ayrılan xorvatiyalı sol cinah müdafiəçisi "Sent Mirren"ə keçib. Klub saytının yaydığı məlumata görə, 23 yaşlı futbolçu Premyer Liqa təmsilçisi ilə mövsümün sonuna qədər müqavilə imzalayıb.

Qeyd edək ki, Mujek 2017-ci ilin yayında "Neftçi"yə keçmişdi. Onun müqaviləsinə mövsümün gedişində xitam verilmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right