Pedro Enrike "Astana"dan rəsmən ayrıldı

"Qarabağ"ın sabiq futbolçusu Pedro Enrike "Astana"dan ayrılıb.

Newsport.az-ın məlumatına görə, bu barədə braziliyalı vinger "instagram" sosial şəbəkə hesabında məlumat verib. Pedronun müqaviləsinin başa çatmasına altı ay qalsa da, futbolçu "Astana"da qalmaq istəməyib. O, "Astana"ya və klubun azarkeşlərinə təşəkkür edib: "Astana" və azarkeşlərinə hər şey üçün təşəkkür edirik. Gələckdə sizə uğurlar arzu edirəm".

28 yaşlı futbolçu müqavilə ilə məxsus olduğu PAOK-a qayıdacaq.

Qeyd edək ki, Pedro Enrike ötən mövsümü icarə əsasında "Qarabağ"da keçirmişdi. PAOK ötən yay Pedronu "Astana"ya bir illik icarəyə vermişdi. Futbolçunun adı bir müddət əvvəl "Qarabağ"la hallanırdı.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right