"Borussiya" "Hannover"i beş qolla məğlub etdi

Almaniya Bundesliqasında 19-cu turun görüşləri keçirilir.

Newsport.az-ın məlumatına görə, lider "Borussiya" evdə "Hannover"i qəbul edib. Matç Dortmund təmsilçisinin 5:1 hesablı qələbəsiylə başa çatıb.

Bundesliqanın turnir cədvəlinə 48 xalla Dortmund "Borussiya"sı başçılıq edir. Münhenqladbax "Borussiya"sı 39 xalla 2-ci, Münhen "Bayern"i də eyni xalla 3-cüdür. 11 xalı olan "Hannover" isə 17-ci sırada qərarlaşıb.

"Borussiya" (Dortmund) - "Hannover" - 5:1
Qollar:
 Əşrəf Hakimi, 24, Marko Roys, 60, Mario Qötse, 62, Rafael Qerreyro, 67, Aksel Vitsel, 90 - Marvin Bakalors, 86

 

 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right