Vaqner Lavın yeni klubu bəlli oldu

"Beşiktaş"ın braziliyalı hücumçusu Vaqner Lav ölkəsinə qayıdıb.

Newsport.az-ın məlumatına görə, 34 yaşlı forvard "Korintians"a keçib. Klub saytının yaydığı məlumata görə, Lavla 2020-ci ilin yayına kimi müqavilə imzalanıb.

Qeyd edək ki, Braziliya millisinin sabiq üzvü ötən ilin əvvəlində "Alanyaspor"dan "Beşiktaş"a 3,5 milyon avroya keçmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right