Şehiçdən möhtəşəm qurtarışlar, "Beşiktaş" xal itirdi

Türkiyə Super Liqasında 19-cu tura start verilib.

 

Newsport.az xəbər verir ki, "Qarabağ"ın keçmiş qapıçısı İbrahim Şehiçin formasını geyindiyi "Ərzurumspor" səfərdə "Beşiktaş"ın qonağı olub. Qarşılaşma 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Şehiç komandasını bir neçə epizodda real qoldan xilas edib və bir xalda böyük əməyi olub.

 

Super Liqada turnir cədvəlinə 38 xalla "Başakşəhər" başçılıq edir. "Qalatasaray"la "Yeni Malatyaspor" 30 xalla 2-3-cü yerləri bölüşürlər. "Beşiktaş" 30 xalla 4-cüdür. 17 xalı olan "Ərzurumspor" 15-ci sırada qərarlaşıb.

 

"Beşiktaş" - "Ərzurumspor" - 1:1
Qollar:
 Dorukhan Toköz, 78 - Dorukhan Toköz, 69 (avtoqol)
Qırmızı vərəqə: Rikardo Kuarejma, 87 ("Beşiktaş")





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right