"Sabah" - "Syon" matçında 8 qol

Antalyada təlim-məşq toplanışını davam etdirən "Sabah" sonuncu yoxlama matçına çıxıb.

Newsport.az-ın məlumatına görə, paytaxt klubu İsveçrənin "Sion" klubunun 21 yaşadək futbolçulardan ibarət komandası ilə qarşılaşıb. Görüş 4:4 hesablı heç-heçə ilə baa çatıb.

Qeyd edək ki, “Sabah” Antalya toplanışı çərçivəsində daha öncə keçirdiyi oyunlarda Türkiyənin “Eskişehirspor” (1:0), Macarıstanın MTK (3:1) klubunu məğlub edib, Qazaxıstan “Tobol”u ilə heç-heçə edib (2:2).

"Sabah" (Azərbaycan) - "Sion" U-21 (İsveçrə) - 4:4
Qollar
: Marko Deviç, 14 (pen.), Elşən Abdullayev, 38, Təmkin Xəlilzadə, 64, Filip İvanoviç, 90

 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right