"Beşiktaş" üç xalı üç qolla qazandı

Türkiyə Super Liqasında mövsümün ikinci yarısı start götürüb.

Newsport.az-ın məlumatına görə, 18-ci tur çərçivəsində "Beşiktaş" səfərdə "Akhisarspor"a 3:1 hesabı ilə qalib gəlib.

Super Liqanın turnir cədvəlinə 35 xalla "Başakşəhər" başçılıq edir. "Trabzonspor", "Yeni Malatyaspor", "Kasımpaşa", "Qalatasaray" və "Beşiktaş" 29 xalla 2-6-cı yerləri bölüşürlər. 17 xalı olan "Akhisarspor" isə 15-cidir.

"Akhisarspor" 1:3 "Beşiktaş"
Qollar: 
Sokol Çikalleşi, 80 - Dorukhan Tokoz, 23, Gökhan Gönül, 48, Kayl Larin, 76

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right