“Mançester Yunayted”in yarımmüdafiəçisi Maruan Fellaini zədələnib.
Newsport.az xəbər verir ki, bu barədə “qırmızı şeytanlar”ın baş məşqçisi Ole-Qunnar Sulşer klubun saytına açıqlamasında bildirib. Sulşer, belçikalı futbolçunun 3-4 həftə yaşıl meydanlardan uzaq qalacağını deyib.
31 yaşlı yarımmüdafiəçi cari mövsümdə 21 qarşılaşmaya çıxıb. Fellaini bu oyunlarda 2 qol vurub, 2 məhsuldar ötürmə edib.