Ramosdan 100-cü qol

"Real"ın futbolçusu Serxio Ramos üçün İspaniya kubokunun 1/8 finalında "Leqanes"lə matç (3:0) əlamətdar olub.

Newsport.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, oyunda penaltidən hesabı açan 32 yaşlı müdafiəçi karyerası ərzində 100-cü qolunu vurub. Bu, onun Madrid klubundakı isə 80-ci qolu olub.

Qeyd edək ki, S.Ramos "Sevilya"da 3, İspaniya millisində 17 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right