“Roma”nın sabiq futbolçusu yenidən İtaliyada

İtaliyanın “Udineze” klubu heyətini yeni futbolçuyla gücləndirib.

Newsport.az xəbər verir ki, A Seriyası təmsilçisi “Uotford”dan Stefano Okakanı transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

29 yaşlı forvard icarə əsasında mövsümün sonuna qədər “Udineze”də forma geyinəcək.

Okaka cari mövsümdə “Uotford” formasıyla 3 qarşılaşmada iştirak edib.

Karyerası ərzində “Roma”, “Parma”, “Fulhem”,”Sampdoriya” kimi klublarda forma geyinən Okaka, 2016-cı ildən “Uotford”da çıxış edir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right