Fabreqas tibbi baxışdan keçdi

“Çelsi”nin futbolçusu Sesk Fabreqas “Monako”da tibbi baxışda olub. 

Newsport.az-ın məlumatına görə, ispaniyalı yarımmüdafiəçi bu gün Fransaya gedərək tibbi müayinədən keçib. O, “Knyazlıq klubu”u ilə 3 illik müqavilə ilə bağlı razılıq əldə edib. Lakin 31 yaşlı futbolçu daha sonra Londona qayıdıb. 

Məsələ ondadır ki, “Çelsi” futbolçusuna əvəzləyici tapdıqdan sonra onu buraxmaq istəyir. Fabreqasın qış transfer pəncərəsində “Moanko”ya keçidi alınmasa, transfer yayda gerçəkləşəcək.

Qeyd edək ki, 2014-cü ildə “Barselona”dan “Çelsi”yə keçən Fabreqasın London klubu ilə müqaviləsi bu ilin yayında başa çatır. O, “Çelsi”də əsas heyətə düşməkdə çətinlik çəkir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right