Türkiyə millisinin üzvü "Roma"ya keçə bilər

“Beşiktaş”ın futbolçusu Oğuzxan Özyakub “Roma”da çıxış edə bilər.

Newsport.az-ın “La Gazzetta dello Sport”a istinadən yaydığı xəbərə görə, İtaliya klubu Türkiyə millisinin üzvünə təklif göndərməyə hazırlaşır.

Paytaxt təmsilçisi 26 yaşlı yarımmüdafiəçini ilkin olaraq icarə əsasında heyətinə cəlb etmək istəyir. İtalyanlar daha sonra futbolçunu birdəfəlik almağı düşünür.

O.Özyakup bu mövsüm İstanbul klubunun heyətində ümumilikdə 23 oyunda 3 qol vurub, 6 qol ötürməsi edib.

Qeyd edək ki, "Roma"da Türkiyə millisinin üzvü Cengiz Ünder də "Roma"da çıxış edir. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right