"Mançester Yunayted" Çindən futbolçu almağa çalışır

"Mançester Yunayted" heyətini gücləndirmək üçün fəaliyyətini davam etdirir.

Newsport.az-ın məlumatına görə, "qırmızı şeytanlar" Çinin "Dalyan İfan" klubunda çıxış edən Yannik Karraskonu transfer etmək istəyir. Mançester təmsilçisi belçikalı vinqer üçün rəsmi təklif göndərməyə hazırlaşır. Məlumata görə, 25 yaşlı futbolçu Avropaya qayıtmaq arzusundadır.

Qeyd edək ki, Karrasko ötən ilin fevralında "Atletiko"dan Çin klubuna keçmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right