Aleksandr Səmədov "Kayrat"a keçir?

Moskva "Spartak"ı ilə yollarını ayıran Aleksandr Səmədov Qazaxıstan çempionatında çıxış edə bilər.

Newsport.az-ın məlumatına görə, "Kayrat" klubu azərbaycanlı yarımmüdafiəçinin xidmətində maraqlıdır. Qazaxıstan təmsilçisi 34 yaşlı futbolçunu yanvarın 1-də komandanı tərk edən braziliyalı hücumameylli yarımmüdafiəçi İzaelin əsas əvəzləyicisi kimi görür. Səmədovun yaxın günlərdə "Kayrat"la müqavilə bağlayacağı bildirilir.

Qeyd edək ki, "Spartak"ın yetirməsi olan A.Səmədov əsas komanda ilə ilk oyuna 2002-ci ilin noyabrında çıxıb. 2005-ci  ildə "Spartak"dan ayrılan 34 yaşlı oyunçu 2017-ci ildə yenidən bu kluba qayıtmışdı. O, Moskva təmsilçisində 109 matçda 15 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right