"Liverpul"un sabiq futbolçusu Türkiyə klubuna baxışa gəldi

"Liverpul"un sabiq futbolçusu Stiven Koker karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.

Newsport.az-ın məlumatına görə, 27 yaşlı müdafiəçi "Alanyaspor"da baxışdadır. Futbolçunun durumu məşqçilər korpusunu qane etsə, onunla müqavilə imzalanacaq.

Qeyd edək ki, İngiltərə millisində bir oyun keçirən Koker "Tottenhem", "Suonsi Siti", "Kardiff Siti", KPR, "Sauthempton", "Liverpul" kimi klublarda çıxış edib. Onun son klubu Şotlandiyanın "Dandi Yunayted" klubu olub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right