İsrafilovlu "Alkorkon" darmadağın oldu

İspaniya Sequndasında 20-ci turun oyunları keçirilir.

Newsport.az-ın məlumatına görə, millimizin yarımmüdafiəçisi Eddi İsrafilovun formasını geyindiyi “Alkorkon” səfərdə “Estremadura”ya 0-3 hesabı ilə uduzub.

İsrafilov start heyətdə meydana çıxıb və sonadək oynayıb. 26 yaşlı futbolçu 87-ci dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.

“Alkorkon” 34 xalla Sequndanın turnir cədvəlində 5-ci pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right