İstanbul klubu Robinyonun transferini rəsmən açıqladı

"Sivasspor"dan çıxış edən Braziliya millisinin sabiq futbolçusu Robinyonun "Başakşəhər"ə transferi rəsmiləşib.

Newsport.az-ın məlumatına görə, 34 yaşlı hücumçu Super Liqanın lideri ilə 1,5 illik müqavilə bağlayıb. İstanbul təmsilçisi bu keçid üçün 2 milyon avrosundan keçib. Robinyo açıqlamasında "Başakşəhər"lə Türkiyə çempionu olmaq istədiyini dilə gətirib: "Daha bir xəyalı gerçəkləşdirməyə gəldim. "Başakşəhər çempionluğa ən böyük namizədlərdən biridir. Bu klubla böyük uğurlar qazanmaq istəyirəm. "Başakşəhər" oyun tərzimə uyğun olan komandadır".

Məşhur futbolçu "Sivasspor"a da təşəkkür edib: "Sivasspor"a təşəkkür edirəm Orada çox yaxşı qarşılanmışdıq. Orada gözəl anlar yaşadım".

Qeyd edək ki, 2017-ci ilin əvvəlində "Sivasspor"a keçən Robinyo Sivas klubunda 30 oyuna 12 qol vurub, 5 assist edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right