Sabiq "Qarabağ"lı ən yaxşı transfer seçildi

"Astana"da 2018-ci ilin ən yaxşı transferi müəyyənləşib.

Newsport.az klubun saytına istinadən xəbər verir ki, 4641 azarkeşin iştirak etdiyi səsverməyə əsasən, PAOK-dan icarəyə götürülən Pedro Enrike ən uğurlu transferi seçilib. Seçim beş futbolçu - Riçard Almeyda, Pedro Enrike, Antonio Rukavina, Ranqelo Yanq və Junior Kabananqa arasında edilib.

Azarkeşlərin 53,72 faizi Pedroya səs verib. Rukavina 29,71 faiz səslə 2-ci, Kabananqa isə 10,67 faiz səslə 3-cü olub. Milli komandamızın üzvü Almeyda isə üçlüyə düşə bilməyib.

Ötən mövsüm icarə əsasında "Qarabağ"da oynamış Enrike "Astana"da 19 oyuna 3 qol vurub, 1 məhsuldar ötürmə edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right