"Neftçi"nin idman direktorunun mənzili qarət olundu

"Neftçi" klubunun idman direktoru Ceyhun Sultanov xoşagəlməz hadisə ilə üzləşib. 

Newsport.az-ın məlumatına görə, onun Yasamal rayonunda yerləşən mənzilinə oğru daxil olub.  

Qarətçilər Sultanovun ailəsi ilə birgə bayram günlərində ölkə xaricində olmasından istifadə edərək mənzilə giriblər.  Oğrular evə binanın damından alpinist iplərinin köməyi ilə daxil olublar. Qarətçilər 21-ci mərtəbədən sallanaraq əvvəlcə 19-cu mərtəbədəki mənzilə, ardınca isə klub rəsmisinin 11-ci mərtəbədəki evinə daxil olublar. 

Oğrular Ceyhun Sultanovun evindən pul, qızıl, zinət əşyaları və s. oğurlayıblar.  

Hüquq-mühafizə orqanları hazırda hadisə ilə bağlı araşdırma aparır.  

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right