Newsport.az-ın məlumatına görə, "qırmızılar" Klaynı icarəyə verib. 27 yaşlı futbolçu "Bornmut"da çıxış edəcək. Onunla mövsümün sonuna kimi müqavilə imzalanıb.
"Gilaslar" "Liverpul"un daha bir üzvünü heyətinə qatıb. Dominik Solanke "Bornmut"a treansfer olub. "Liverpul" "Çelsi"dən azad agent statusuyla rənglərinə bağladığı futbolçunun keçidindən 23 milyon avro qazanıb. 21 yaşlı ingilis hücumçu ilə uzun müddətli müqavilə imzalanıb.