"Liverpul"un qolu 1,12 sm-ə görə qeydə alınmadı

İngiltərə Premyer Liqasının 21-ci turunda keçirilən "Mançester Siti" - "Liverpul" oyununda maraqlı an yaşanıb.

Newsport.az-ın məlumatına görə, qonaqlar qarşılaşmanın 18-ci dəqiqəsində qonaqların futbolçusu Sadio Manenin zərbəsindən sonra "Mançester Siti"nin futbolçusu Con Stounz topun qapıdan keçməsinə imkan verməyib. Qol texnologiyasına görə, topun qapı xəttini keçməyən hissəsi 1,12 santimetr olub. Qaydalara görə, qolun qyedə alınması üçün top qapı xəttini tam keçməlidir. Əgər top qapı xəttini tam keçsə, baş hakimin qolundakı saata bununla bağlı müvafiq işarə gəlir.

Qeyd edək ki, sözügedən oyunda "Mançester Siti" 2-1 hesablı qələbə qazanıb.

 

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right