FİFA-dan Super Liqa klubuna transfer qadağası

FİFA "Trabzonspor" klubunu cəzalandırıb. Newsport.az xəbər verir ki, ali futbol qurumu Super Liqa klubuna müvəqqəti transfer qadağası qoyub.

Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Xəbərdə, “Milan”ın Sosa və Yuray Kuçka transferi üçün Qaradəniz təmsilçisinin müəyyən olunan məbləği ödəmədiyinə görə “Trabzonspor”u FİFA-ya şikayət etdiyi bildirilib. Bunu araşdıran ali futbol qurumu Super Liqa klubuna müvəqqəti transfer qadağası qoyub.

Sosa və Kuçka 2017-ci ildə “Trabzonspor”a transfer edilib. “Trabzonspor” “Milan”a 2 milyon avro olan borcunu ödəyəcəyi təqdirdə, cəza qüvvədən düşəcək.

FİFA bir müddət əvvəl “Kayserispor” və “Bursaspor”u da transfer qadağasıyla cəzalandırmışdı.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right